Siyasi Məhbuslara Yardım Təşkilatının gündəlik hesabatında son sutka ərzində daha 4 nəfərin həyatını itirdiyi bildirilib.
Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, ümumi insan itkisi 714-ə çatıb. 3 min 54 nəfər isə həbs edilib.
Digər tərəfdən, Myanmanın Arakan əyalətində fəaliyyət göstərən və Arakan Ordusu adı ilə bilinən silahlı qruplaşmanın lideri Tun Myat Nainq, əyalətdə çevriliş əleyhinə nümayişlər təşkil edilməsini istəmədiyini açıqlayıb.
Myanma ordusuna məxsus “MRTV” telekanalı da çevriliş əleyhinə 6 fəalın edama məhkum edildiyini bildirib.
Bu məqaləni paylaş