Az.shafaqna.com SANA-ya istinadən xəbər verir ki, ABŞ Suriyanın Həsəkə əyalətində yerləşən həbsxanada saxlanılan onlarla İŞİD terrorçusunu Deyr-əz-Zor əyalətindəki “Əl-Ömər” neft yatağının yerləşdiyi əraziyə göndərib.
ABŞ-ın şəxsi heyətin daşınması üçün istifadə etdiyi 2 vertolyot döyüş vertolyotunun müşayiəti ilə 60 terrorçunu sözügedən əraziyə çatdırıb.
Mənbələrin məlumatına görə, həmin terrorçular “Ceyş əş-Əşair” terror qruplaşmasına qoşulmaq üçün keçdikləri təlimdən sonra neft olan əraziyə göndəriliblər.
Bu məqaləni paylaş