Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, ABŞ və onların NATO üzrə müttəfiqləri Kiyevə hərbi yardımı artıraraq bilə-bilə Ukraynanı “barıt çəlləyinə” çevirir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Təchizatlar edilib və davam etməkdədir. Bu yardımın həcmləri artırılır. ABŞ və digər NATO ölkələri qəsdən Ukraynanı “barıt çəlləyinə” çevirir”, – deyə o qeyd edib.

Rusiyalı rəsmi deyib ki, illərdir ki, Ukrayna ərazisində “məsləhətçi, təlimatçıların iştirakı ilə təlim tədbirləri keçirilir, müxtəlif poliqonlardakı onlarla və yüzlərlə işçi tərəfindən Rusiyanın təhlükəsizliyinə qarşı dolayı və mənfi təsiri olan obyektlər yaradılır”.

O əlavə edib ki, keçmiş Sovet ölkələrinin ərazilərində bioloji laboratoriyalar şəbəkəsi düzəldilir.

Əvvəlki məqaləRusiya Xəzərdəki döyüş gəmilərini Qara dənizə göndərdi
Növbəti məqalədəAzərbaycanda Həkəri və Bərgüşad çaylarına qızıl xallı farel balıqları buraxılıb