Zelenski Baydendən gileyləndi: Söz yox, əməl gözləyirik

Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Ukrayna ABŞ prezidenti Co Baydenin administrasiyasından söz yox, əməl gözləyir.

Bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

Onun sözlərinə görə, “əgər ABŞ Ukraynanı NATO-da görürsə, bunu birbaşa deməli, daha sonra isə bunu etməlidir”.

Ukraynaya sözdən daha artığı lazımdır”, – deyə Zelenski qeyd edib.

O deyib ki, ABŞ Ukraynanın “yaxşı dostudur”, lakin “Bayden daha çoxunu etməlidir”.

Zelenski istisna etməyib ki, Qərbin Ukraynanın NATO-ya üzvlüyünü birmənalı olaraq dəstəkləməsi “Rusiyanın cavab reaksiyasına” səbəb ola bilər.

O əlavə edib ki, Ukrayna əsgərləri Donbasda 7 ildir davam edən münaqişədən yorulublar, lakin Rusiya ilə toqquşmaya hazırdırlar.

Bu, hər gün baş verə bilər. Onlar hazırdılar, lakin biz də hazırıq”, – deyə o bildirib.

Bu məqaləni paylaş