Yüzlərlə fələstinli Əl-Əqsa məscidində Ramazan hazırlığı gördü

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bir neçə yüz fələstinli müsəlman Qüds şəhərində yerləşən Əl-Əqsa məscidinin təmizlənməsi aksiyasında iştirak edib.

İməclik ibadətgahın müqəddəs Ramazan ayına hazırlanması üçün keçirilib.

Aksiya təşkilatçılarından biri Qazi İsa bildirib ki, Əl-Əqsanın bütün həyətləri yuyulub, bu ərazidəki müsəlman qəbirləri isə təmizlənib.

“Biz Ramazana hazırlıq çərçivəsində Əl-Əqsa məscidini təmizlədik. Bizə qəlblərində Əl-Əqsa məscidinə böyük sevgisi olan qadınlar və uşaqlar da kömək edirdilər”, – deyə o qeyd edib.

Məscid Ramazan ayı ərzində ibadət üçün açıq olacaq.

Bu məqaləni paylaş