
Az.shafaqna.com “vesti.ua”-ya istinadən xəbər verir ki, bu gün gecə saatlarında Ukraynanın paytaxtı Kiyevdə yerləşən restoranlardan birinin yanında silahlı insident baş verib.
Naməlum şəxslər azərbaycanlı tələbələri tapançadan atəşə tutublar.
Polisdən verilən məlumata görə, hadisə yerli vaxtlar 01:50-də baş verib. Bundan sonra 50VR100 dövlət qeydiyyat nişanlı “Mercedes Geländewagen” markalı avtomobilin axtarışı üçün əməliyyat başladılıb.
Bildirilir ki, hadisə yerindən 9 mm-lik gilizlər aşkar edilib.
Hücumdan sonra Azərbaycan vətəndaşları Nicat Kərimov və Azər Abbasov xəstəxanaya gətiriliblər. Onların hər ikisi ayaqdan yaralanıblar.






























