Foto və mənbə: az.usembassy.gov/az

ABŞ-ın Azərbaycandakı səfirliyi  Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun qarşısında iyulun 21-də keçirilmiş etiraz aksiyası ilə bağlı birgə bəyanat yayıb.

Az.shafaqna.com xəbər verir ki, bəyanatda deyilir:

“ABŞ-ın Bakıdakı səfirliyi və ABŞ-ın İrəvandakı səfirliyi dinc toplaşma və etiraz bildirməyin ümumbəşəri prinsiplərinə zidd olan zorakılıq hərəkətlərini pisləyir. ABŞ diplomatik obyektləri qorumaq öhdəliyini ciddi qəbul edir və bu səyləri dəstəkləmək üçün yerli hüquq mühafizə orqanları ilə birlikdə çalışır. Söz və dinc toplaşmaq azadlığı ABŞ Konstitusiyası ilə qorunur, lakin hüquq mühafizə orqanları zorakılıq aktları barədə müvafiq tədbir görüləcəkdir. Bütün nümayişçiləri dinc iştiraka və təmkinli olmağa çağırırıq.”