Aprelin 14-dən vətəndaşlar Hərbi Qənimətlər Parkını ziyarət edə biləcəklər

.
0

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin iştirakı ilə Hərbi Qənimətlər Parkının açılışı olub.

Az.shafaqna.com-un məlumatına görə, aprelin 12-si və 13-də Hərbi Qənimətlər Parkında müxtəlif media qurumlarının çəkilişləri təşkil olunur.

Aprelin 14-dən isə sözügedən park vətəndaşların üzünə açıq olacaq.

Vətəndaşların parka ziyarəti pandemiyaya qarşı profilaktik tədbirlərə uyğun olaraq tənzimlənəcəkdir.