Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanda 3-cü dalğa başlayıb.

Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzinin başçısı Amiran Qamkrelidze bildirib.

“Dünyadakı, Avropadakı, bizdəki epidemik vəziyyət tədricən ağırlaşır”, – deyə qeyd edib.

Qamkrelidzenin sözlərinə görə, bir çox ölkədə olduğu kimi, Gürcüstanda da 3-cü dalğanın başladığını demək olar.

Əvvəlki məqaləMoskva: Zelenskidən Putinlə danışıq üçün sorğu daxil olmayıb
Növbəti məqalədəBuraxılış imtahanı verəcək şagirdlərin DİQQƏTİNƏ!