Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, son günlər Ukrayna prezidenti Vladimir Zelenskidən Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı üçün sorğu daxil olmayıb.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Son günlər mən heç bir sorğu görməmişəm. Mənə son günlər hər hansı bir sorğunun olması məlum deyil”, – deyə o qeyd edib.

Xatırladaq ki, daha öncə KİV-də Zelenskinin mətbuat katibi Yuliya Mendelə istinadən belə bir xəbər yayılıb ki, Ukrayna prezidenti Donbasdakı vəziyyəti müzakirə etmək üçün Moksvaya Putinlə danışıq sorğusu göndərib.