Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze ölkə xaricinə səfər edib.

Kaladze səbəb açıqlamadan səfəri barədə özünün “Facebook” səhifəsində bildirib. Lakin, ilkin ehtimala görə, səfər onun sağlamlıq vəziyyəti ilə bağlıdır.

Paytaxt bələdiyyəsindən onun ölkəyə geri dönəyəcəyi tarix və ya səfər etdiyi ölkə barədə məlumat verilməyib.

Kaladzenin özünün sözlərinə görə, o, bir neçə həftə ölkədə olmayacaq.

Xatırladaq ki, bir müddət öncə Kaladzedə vertebro-bazilyar sindrom və vestibulopatiya aşkar edilib. O, Tbilisidəki klinikalardna birində müayinə və müalicə olunub. Həkimlər merin xəstəliyini onun futbol keçmişi ilə əlaqələndirirlər.