Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan dəmir yolları yeni layihəyə start verib.

Layihə çərçivəsində sərnişinlər öz səyahətlərini tarixi ekskursiya ilə biriəşdirə biləcəklər.

Artıq səyahətçilər tarixçilərin dilindən ölkənin bu və ya digər diyarı barədə tarixi dinləyə biləcəklər.

Məsələn, Tbilisi-Zuqdidi reysində öz “mühazirəsini” tarixçi Qiorgi Kalandiya oxuyub. Sərnişinlər üçün tur maraqlı keçib, onlar Sameqrelo regionunun etnomədəniyyəti ilə tanış olublar.

Gürcüstan dəmir yolları layihəni davam etdirməyi planlaşdırır. Dəvət edilən bələdçilər dəmir yollarının bütün 5 işlək magistrallarında xidmət göstərəcəklər.