Az.shafaqna.com “Star Tribune”-yə istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının Bruklin-Senter şəhərində polis əməkdaşının qaradərili bir kişi güllələməsindən sonra etiraz aksiyaları başlayıb.
Söhbət 20 yaşlı Dante Raytdan gedir. Şəhər polisləri qayda pozuntusuna görə onun avtomobili saxlayıblar. Onlar müəyyən ediblər ki, Raytın həbsinə dair order var. Dante onu saxlamağa çalışan polisin tələbinə tabe olmayaraq avtobilinə geri oturub.
Polislərdən biri ona atəş açıb. Onun avtomobili bir neçə küçədən sonra başqa bir avtomobilə çırpılıb. Rayta tibbi yardım göstərilsə də, o, hadisə yerindəcə dünyasını dəyişib.
Qeyd edilir ki, şəhər polis idarəsinin yaxınlığında etiraz aksiyaları başlayıb. Etirazçılar polisin dağılışmaq tələbinə tabe olmaqdan imtina ediblər. Polis gözyaşardıcı qaz, səs qumbaraları və rezin güllələrdən istifadə edib.
Police have pushed large swath of crowd back across the street, into residential area with tear gas, flash bangs and rubber bullets. This came moments after a few people threw things at police line and organizers yelled at them to stop. pic.twitter.com/w0bK4Or9iN
— Liz Sawyer (@ByLizSawyer) April 12, 2021