Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan parlamentində Qarabağ məsələsi müzakirə ediləcək.

Sözügedən mövzunun parlamentin müdafiə və təhlükəsizlik komitəsində müzakirə edilməsi planlaşdırılır.

Komitənin gündəliyində qeyd edilib ki, müzakirə zamanı diqqət “Dağlıq Qarabağ üzrə sülh sazişinin Cənubi Qafqazda təhlükəsizlik mühitinə təsiri” üzərində cəmlənəcək.

Komitə çərçivəsində deutatlar Kəşfiyyat Xidmətinin başçısı vəzifəsini icra edən Şalva Lamidzeni dinləyəcəklər.

Komitənin iclası, ehtimal ki, qapalı olacaq, çünki son zamanlar komitənin analoji məsələlər üzrə iclasları qapalı olub.

Əvvəlki məqaləƏrdoğan: Türklər harada yaşasa, o ölkəyə töhvə verirlər
Növbəti məqalədəCənubi Koreyadan 44 ildən sonra ilk dəfə İrana rəsmi səfər