Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni tip koronavirusla (Covid-19) mübarizəsində epidemiya başlayandan bu yana 142 ölkədən 100 mini keçən vətəndaşın müalicə üçün Türkiyəyə gətirildiyini bildirib. Az.shafaqna.com trthaber-ə istinadla xəbər verir ki, İstanbuldakı Dolmabaxça Sarayında Beynəlxalq Demokratlar Birliyi (Uluslararası Demokratlar Birliği – UID) Qadın Qolları ilə Gənclik Qolları Mərkəzi Qərar və İdarə Heyətinin üzvlərini qəbul edən Ərdoğan çıxışında deyib: “Türkiyənin “Covid-19” epidemiyası ilə mübarizə çərçivəsində bu günə qədər 157 ölkə və 12 beynəlxalq quruma yardım göndərmişik.

Avropada təxminən 6 milyon türk yaşayır. Onlar yaşadıqları ölkələrin siyasi, mədəni, iqtisadi və ictimai həyatına da böyük töhfə verir, bundan qürur duyuruq. Uğur Şahin (Almaniyanın bioteknologiya firması “BioNTech”in qurucu ortağı, professor) və Özlem Türeci (dosent) kimi alimlərimizin “Covid-19” peyvəndini inkişafetdirmədə əldə etdikləri uğurlar göstərir ki, onlara dəstək və fürsət verildiyi zaman nələrə qadir olduqlarını göstərə bilirlər. Bu cür nümunələr təkcə Avropa türkləri deyil, digər köçən insanlara da inam və cəsarət hissi verir.

Türkiyə “Covid-19” epidemiyası dövründən daha da güclənərək çıxacaq. Tədbirlərə sarılıb təqdirə təslim olaraq epidemiya ilə mübarizəmizi davam etdirəcəyik.”

Əvvəlki məqaləAzərbaycanda yararsız pul nişanlarının qəbulu üçün ofislər yaradılıb
Növbəti məqalədəGürcüstan parlamentində Qarabağ müzakirə ediləcək