Az.shafaqna.com “Daily Nation”-a istinadən xəbər verir ki, hürkmüş eşşəklər eniş edən təyyarənin qəza etməsinə səbəb olub.

İnsident Somalidə baş verib.

Keniyadan gələn humanitar yardım yüklü təyyarə eniş edərkən bir neçə vəhşi eşşək qaçıb uçuş-eniş zolağına çıxıb. Yaxınlaşmaqda olan təyyarənin səsi onları olduqca qorxudub və heyvanlar zolaqda təyyarənin hərəkət trayektoriyası üzrə qaçmağa başlayıblar.

Toqquşmadan yaxa qurtarmaq üçün pilotlar təyyarənin kursunu qəfil dəyişməli olublar və buna görə də təyyarə qum təpələrinə çırpılıb.

Təyyarənin ekipajı sağ qalıb və ciddi xəsarət alan olmayıb. Hazırda qəzanın dəqiq səbəbləri müəyyən edilir. Pilotlar evlərinə göndəriliblər.