İrna, AP

İran Atom Enerjisi Təşkilatının Sözçüsü Behruz Kamalvəndi, Nətənz Nüvə stansiyasında elektrik şəbəkəsində bir nasazlıq baş verdiyini açıqlayıb.

Az.shafaqna.com İran mediasına istinadən xəbər verir ki, İranın Atom Enerjisi Təşkilatı Sözçüsü Kamalvəndi, bazar günü Nətənzin Şəhid Əhmədi Roşan zənginləşdirmə təsisatının elektrik şəbəkəsində bir qəza meydana gəldiyini, hadisənin araşdırıldığını bildirib.

İranlı rəsmi hadisə zamanı xəsarət alanların olmadığını bildirb.

Əvvəlki məqaləDin xadimi ciu-citsu üzrə dünya çempionatında medal qazandı – FOTO
Növbəti məqalədəBakıda istirahət mərkəzində yanğın