Din xadimi ciu-citsu üzrə dünya çempionatında medal qazandı – FOTO

Az.shafaqna.com xəbər verir ki, Dağıstan müftisinin köməkçisi İdris Əsədullayev Əbu-Dabidə keçirilən peşakar ciu-citsu idman növü üzrə gümüş medala layiq görülüb.

Yarışlar 6-7 apreldə keçirilib və “World Professional Jiu-jitsu Championship” kateqoriyası ilə baş tutub.

Ümumiyyətlə Dağıstan idmançıları 3 qızıl, 4 gümüş və 1 bürünc medal qazanıblar.

Bu məqaləni paylaş