Image credit: Danielle Byerley.

Az.shafaqna.com “Eurekalert!”-ə istinadən xəbər verir ki, ABŞ-ın Nyu-Meksiko Universitetinin alimləri Okeaniyada yerləşən Tonqa krallığının adalarında nəhəng göyərçin qalıqları aşkar ediblər.

Yeni növ “Tongoenas burleyi” adını alıb.

Araşdırmaçıların məlumatına görə, tapılmış növ əvvəllər ağaclarda yaşayıb və meyvə ilə qidalanıb. Onun yox olmasını təxminən 2850 il öncə arxipelaqın polineziyalılar tərəfindən məskunlaşdırılması ilə əlaqələndirirlər.

Aşkar edilmiş göyərçinin gövdəsinin uzunluğu təxminən 50 sm, çəkisi isə müasir göyərçinlərdən 5 nəfər ağır olub.