Türk Şurasına üzv dövlətlərin nümayəndələri Ağdamda məscid, qəbiristanlıq və teatra baxış keçiriblər – FOTO

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin nümayəndə heyətləri  Ağdam şəhərinə  səfər ediblər.

Az.shafaqna.com xəbər verir ki,  səfərdə Türk Şurasına üzv dövlətlərin informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri təmsil olunurlar.

Yerli medianın yazdığına görə, Türk Şurasının informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri ermənilərin viran qoyduğu “İmarət” qəbiristanlığında olublar.

Daha sonra qonaqlar ermənilər tərəfindən viran qoyulmuş Ağdam şəhərinin Cümə məscidindəki dağıntılarla tanış olublar.

Türk Şurasının informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri həmçinin Ağdam şəhər Dram teatrında olublar.

Qeyd edək ki, dünən Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) toplantısı keçirilib.

Bu məqaləni paylaş