Soylu zərərsizləşdirilən və təslim olan terrorçulardan danışdı

Sosial media hesabından etdiyi paylaşmada Türkiyənin daxili işlər naziri Süleyman Soylu 15 iyul 2016-cı ildən bəri terrorla mübarizə sahəsində icra edilən işlərlə bağlı məlumat verərək bildirib: “30-u qırmızı, 27-si mavi, 28-i yaşıl, 63-ü narıncı, 314-ü boz kateqoriyada axtarılan 462 “yüksək vəzifəli” terrorçu zərərsizləşdirilib.

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Türkiyənin daxili işlər naziri daha sonra deyib:

  • 2017-ci ildə 1997,
  • 2018-ci ildə 1636,
  • 2019-cu ildə 1628,
  • 2020-ci ildə 1171 və
  • 2021-ci ildə 284 olmaqla ümumi halda 6716 terrorçu zərərsiləşdirilib.
  • 2017-ci ildə 161,
  • 2018-ci ildə 136,
  • 2019-cu ildə 130,
  • 2020-ci ildə 53 və
  • 2021-ci ildə 12 nəfər terror təşkilatına qatılıb.

Bölücü terror təşkilatı PKK/KCK-dən razısalma yolu ilə

  • 2017-ci ildə 135,
  • 2018-ci ildə 165,
  • 2019-cu ildə 273,
  • 2020-ci ildə 243 və
  • 2021-ci ildə 45 olmaqla 861 terrorçu təslim olub.
  • 2017-ci ildə 697,
  • 2018-ci ildə 361,
  • 2019-cu ildə 309,
  • 2020-ci ildə 248 və
  • 2021-ci ildə 40 terror aktına maneə törədilib.
Bu məqaləni paylaş