Az.shafaqna.com “NewsGeorgia”-ya istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Gürcüstana humanitar yardım edib.
Bildirilir ki, bu, Gürcüstanın pandemiya dövründə aldığı ən böyük humanitar yardımlardan biridir.
Yardıma daxildir: təxminən 1 milyon tibbi maska, 328 min respirator, 30 min xələt, 13,2 min qoruyucu eynək və 5 min qalxan.
Aİ-nin hədiyyə etdiyi qoruyucu vasitələr COVID-19 ilə mübarizənin ön cəbhəsində olan tibbi personal üçün nəzərdə tutulub.
Yardımın təqdimatı bu gün Tbilisidə baş tutub. Orada Gürcüstan, ÜST və Aİ rəsmiləri də iştirak edib.
Qeyd edilir ki, humanitar yardımın ümuni çəkisi 15 tondur.
Sözügedən yardım Aİ-nin Gürcüstan üçün ayırdığı 400 milyon avroluq daha geniş yardım paketinin bir hissəsidir.