Az.shafaqna.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə CNN-ə müsahibəsində bildirib.
O bildirib ki, sanksiyaların ləğb edilməsi və ABŞ-ın danışıqlara geri dönməyəcəyi təqdirdə, ABŞ ilə birbaşa və ya dolayısı yolla müzakirə etməyə ehtiyac yoxdur.
“İranın mövqeyi və istəyi aydındır; İrana qarşı bütün sanksiyalar ləğv edilməlidir. Bayden hökümətinin bəzi məmurları ABŞ-ın nüvə anlaşmasına sadiq qalmaq əvəzinə, Tramp hökümətinin İranla bağlı sanksiya siyasətinə üstünlük verərək o siyasətə sadiq qalırlar. Hansı ki, onlar Trampın səhvini kağız üzərində deyil, əməldə düzəltməlidirlər.”, -deyə Xətibzadə bildirib.
Xətibzadə bildirib ki, İranın mövqeyi tamamilə aydındır. İrana qarşı bütün sanksiyalar ləğv edilməlidir.
İran XİN sözcüsü İranın raketlərinin ölkəsinin müdafiəsi üçün nəzərdə tutulduğunu da qeyd edərək ABŞ-ın BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə əsasən, özünün bütün öhdəliklərinə sadiq qalmalı olduğunu önə çəkib.