
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Fransanın eks-prezidenti Nikolya Sarkozi öz memuarlarında yazıb ki, 2007-ci ildə Almaniyada keçirilmiş G8 sammiti zamanı rusiyalı həmkarı Vladimir Putinlə axrıncı dilim şokoladı bölməyə çalışıb.
Yanbayan əyləşmiş prezidentlər əllərini boşqabdakı axrıncı şokolad diliminə uzadıblar. Orada olan hər kəs onlara baxırdı, lakin prezidentlər sükutu pozmayaraq diqqətlə bir-birilərinin gözlərinə baxmağa başlayıblar.
“Biz diqqətlə bir-birimizə baxırdıq və özümüzdən kimi təslim olacağını soruşurduq. Sonra birdən qəhqəhə ilə gülərək burada məğlub şəxsin olmamalı olduğuna dair qərar verib son dilimdən əl çəkdik”, – deyə Sarkozi xatırlayır.
Onun sözlərinə görə, Putin sonra hələ uzun müddət bu hadisəyə gülürdü.






























