Türkiyədə 75 yaşlı nənə liseyi bitirdi, universitetə hazırlaşır – VİDEO

Az.shafaqna.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Yalova şəhərində 4 illik təhsilinin davamı olaraq 75 yaşında lisey diplomunu alan Zeynəb Gülər Bağ, arzusu olan universitetə hazırlaşır.

2 uşaq, 3 nəvə sahibi olan Zeynəb nənə, “Yaşınız istəyirsə 75-80 olsun, ağlınız başınızda olduqdan sonra oxumağın yaş sərhədi yoxdur. Universitetdə də bir yerə çatım, 75 yaşım var amma heç olmasa nəvələrimə, oxumayanlara örnək ola bilərəm.”, – deyə bildirib.

Bu məqaləni paylaş