Azәrbaycan Prezident Administrasiyasının Xarici siyasәt mәsәlәlәri şöbәsinin müdiri Hikmәt Hacıyev Türkiyә Prezident Administrasiyasının İctimaiyyәtlә әlaqәlәr idarәsinin rәhbәri Fәxrәddin Altunla görüşüb.
Az.shafaqna.com TRT-yə istinadən xəbər verir ki, Fәxrәddin Altun Türk Şurasının Media vә İnformasiya mәsәlәlәri üzrә mәsul rәsmilәrinin toplantısına qatılmaq üçün Azәrbaycana sәfәr edib.
Azәrbaycan Prezident Administrasiyasının Xarici siyasәt mәsәlәlәri şöbәsinin müdiri Hikmәt Hacıyevlә görüşәn Fәxrәddin Altun Dağlıq Qarabağda әldә edilәn qәlәbә münasibәtilә Azәrbaycan xalqını tәbrik edib.
Qeyd edәk ki, Fәxrәddin Altun Türk Şurasının Baş katibi Baghdad Amreyevlә dә görüşüb.

Bu məqaləni paylaş