Türkiyə: Yunanıstan PKK-ya dəstək verir

Türkiyә Prezident Administrasiyasının İctimaiyyәtlә әlaqәlәr idarәsinin rәhbәri Fәxrәddin Altun Yunanıstanın separatçı terror tәşkilatı PKK-ya dәstәk verdiyini bildirib.

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, bu barәdә Fәxrәddin Altun rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edib.

Türkiyәnin terror tәşkilatları DEAŞ, FETÖ vә PKK-ya qarşı apardığı mübarizәdәn bәhs edәn 3 dәqiqәlik videoçarx paylaşan Fәxrәddin Altun deyib: ‘‘Yunanıstan PKK başda olmaqla terror tәşkilatlarına dәstәk verir. Yunanıstan miqrantları taleyin ümidinə buraxaraq Egey dənizində tərk edərkən, Avropa ittifaqı әrazisindә yerlәşәn dırnaqarası qaçqın düşәrgәlәrindәki terrorçular Türkiyәyә qarşı terror aktları planlaşdırır’’.

Paylaşılan videoçarxda Türkiyәnin terrora qarşı apardığı amansız mübarizәyә baxmayaraq bәzi ölkәlәrin bu qruplaşmalara yardım etdiyi vurğulanıb.

Videoçarxda Yunanıstanın hәm separatçı terror tәşkilatı PKK, hәm dә FETÖ üçün bir sığınacağa çevrildiyi, quldurbaşı Abdullah Öcalanın 1999-cu ildә Afinaya getdiyi vә Cәnubi Qıbrız Rum administrasiyası tәrәfindәn qeydiyyata alınmış pasportu istifadә etdiyi qeyd olunub.Videoçarxda Öcalanın PKK terrorçularının  Lavrio düşərgəsində döyüş təlimi ilə bağlı etirafına da toxunulub, hәmçinin Yunanıstanın iyulun 15-dә hәyata keçirilәn çevriliş cәhdindәn sonra FETÖ üzvlәrinә dә açıq şәkildә dәstәk verdiyi bildirilib.

Paylaşımda rәsmi Ankaranın terror tәşkilatlarına qarşı qonşu Yunanıstan başda olmaqla NATO müttәfiqi olan ölkәlәrә Türkiyәnin hәr növ mübarizәsinә dәstәk vermәlәri ilә әlaqәdar çağırış etdiyi ifadә edilib.

 

Bu məqaləni paylaş