Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Əfqanıstan xüsusi xidmət orqanları İŞİD terror təşkilatının Kabil qolunun başçısı Qulam Nasiri tutub.
Bu barədə Əfqanıstanın vitse-prezidenti Əmrullah Saleh məlumat verib.
Bildirilir ki, o, həm “Taliban” terror təşkilatının əsas liderlərindən biridir, həm də İŞİD terror təşkilatının Kabil qolunun başçısıdır.
Qeyd edilir ki, Qulam Nasir Əfqanıstan paytaxtında terror hücumlarının təşkilində mühüm rollardan birini oynayıb.
Bundan başqa, o, Kabildə 14 yaşlı oğlan uşağını qaçırıb, daha sonra ona əzab verib, zorlayıb və qətlə yetirib.
Bu məqaləni paylaş