Az.shafaqna.com “Financial Times”-ə istinadən xəbər verir ki, varlılar koronavirus pandemiyasından gizlənmək üçün şəxsi adalar almağa başlayıblar.

Daha populyar istiqamətlər Sakit Okeanın cənub hissəsi, Karib hövzəsi, həmçinin ABŞ və Avropanın uzaq hissələridir.

Satıcılar iddia edirlər ki, “əgər özünüz üçün olduqca yaxşı bir maşın ala bilirsinizsə, ada da ala bilərsiniz”.

Məsələn, Finlandiya sahilində qiymət təxminən 100 avro olan bir obyekt var.

Vasitəçilərin sözlərinə görə, pandemiya insanları bəzi şeylərə olan baxışlarını yenidən gözdən keçirməyə məcbur edib.

Ada sahibi olmaq uzun müddət zor və arzu olunan bir şey hesab edilirdi, lakin çox zaman bu, qeyri-adi bir arzu idi. Lakin COVID-19-a görə bu ideya daha sərfəli görünməyə başladı, çünki insanlar özləri üçün şəxsi məkan tapmağa və sosial məsafəni qoruyub saxlamağa can atırlar”, – deyə o əmlakçılardan biri qeyd edib.

Ən cəlbedici təkliflərdən biri Mai adası hesab edilir. 13 hektarlıq tropik bağlara sahib adanın qiyməti bir neçə milyon dollardır və infeksiyadan qaçış üçün ən ideal yerlərdən biri təklif edilir.