Gürcüstan və Litva müdafiə nazirlikləri arasında saziş imzalandı

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan və Litva müdafiə nazirlikləri ikitərəfli əməkdaşlığa dair planı imzalayıb.

Bu barədə Gürcüstan Müdafiə Nazirliyindən məlumat verilib.

2021-ci il üçün ikitərəfli əməkdaşlıq planı Gürcüstan müdafiə nazirinin 1-ci müavini Lela Çikovani və Litva müdafiə nazirinin müavini Margiris Abukyaviçüs tərəfindən Gürcüstan müdafiə nazirinin Litva Respublikasına səfəri çərçivəsində imzalanıb.

Sənəd hər il imzalanır və iki ölkənin müdafiə əməkdaşlığının müxtəlif istiqamətlərini əhatə edir. 2021-ci il planı Gürcüstan Müdafiə Qüvvələrinin imkanlarının gücləndirilməsinə yönəlmiş müxtəlif səviyyəli və məzmunlu tədbirləri müəyyən edir.

Sənədin imzalanmasından öncə tərəflər arasında görüş baş tutub. Görüş zamanı sənədlə müəyyən edilmiş əməkdaşlıq məsələləri müzakirə edilib. Qeyd edilib ki, Gürcüstan və Litva müdafiə nazirlikləri uzun illərdir uğurlu şəkildə əməkdaşlıq edir və strateji əməkdaşlıq hər il daha da məhsuldar və intensivləşir.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş