Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, ABŞ “Remdesivir” dərmanının dünya üzrə bütün ehtiyatlarının 90%-ni alıb.

Bu haqda ABŞ prezidenti Donald Tramp bildirib.

Mənim administrasiyam “Remdesivir” dərmanının dünyadakı bütün ehtiyatlarının 90%-i üzərində nəzarəti təmin edib”, – deyə o qeyd edib.

Tramp deyib ki, ABŞ inadla COVID-19 vaksini üzərinə işləyir və bu, ölkə üçün “ən ali prioritet olaraq qalır”.

Xatırladaq ki, adıçəkilən dərman koronavirusa yoluxmuş insanların müalicəsində istifadə edilir.