İŞİD lideri ABŞ-ın adamı çıxdı – ŞOK MƏLUMAT

Az.shafaqna.com “Washington Post”-a istinadən xəbər verir ki, 2019-cu ildə İŞİD terror təşkilatının lideri seçilmiş Əbu İbrahim 2008-ci ildə İraqda həbsxanada olarkən aktiv şəkildə ABŞ-la əməkdaşlıq edib.

Bu barədə anonim ABŞ-lı məmurlar məlumat veriblər.

Məxfilikdən çıxarılan dindirmə protokollarında deyilir ki, “ABŞ-la əməkdaşlıq edən iraqlı məhbus M060108-01 özünü nümunəvi məhbus kimi aparır və son dərəcə çoxdanışandır”.

İstintaq zamanı Əbu İbrahim terrorçuları gizli bazaları barədə məlumatlar verib, şəxslərin simalarının eskizlərini çəkib və onların yemək yemək üçün üstünlük verdiyi yerlər barədə məlumat verib.

Xüsusilə də o, terror qruplaşmasının “ikinci şəxsinin” olduğu yerin xəritəsini çəkib və bundan sonra həmin terrorçu əməliyyat zamanı məhv edilib.

İŞİD liderinin həbsdən nə zaman buraxılması barədə isə məlumat verilməyib. Onun istintaqı barədə ən son məlumat 2008-ci il iyul ayına aiddir.

Bu məqaləni paylaş