Qaribaşvili: Gürcüstanca icarə torpaqların alışı asanlaşdırıldı

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan hökuməti icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpağı almaq istəyənlər üçün yumşaldılma məsələsini gözdən keçirib.

Bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili məlumat verib.

Biz kənd təsərrüfatı torpağının əlçatar olması proqramını genişləndirmək qərarını qəbul etdik”, – deyə o qeyd edib və əlavə edib ki, bu, həm məhsul, həm də istixana təsərrüfatı üçün icarəyə götürülmüş torpaqlara aiddir.

Həmçinin icarəyə götürülmüş torpağın alışına dair məhdudiyyətlər də ləğv edilir. Əgər əvvəl 10 hektaradək almaq olurdusa, indi məhdudiyyət olmayacaq”, – deyə Baş nazir bildirib.

Onun sözlərinə görə, icarəyə götürülmüş torpaqlar alış üçün 23 yanvar 2020-ci il yox, 31 mart 2021-ci il vəziyyətinə əsasən əlçatan olacaq.

Üstəlik Qaribaşvili qeyd edib ki, torpaq alışı ilə bağlı əcnəbilərə tətbiq edilən bütün məhdudiyyətlər qüvvədə qalır, Gürcüstan vətəndaşları isə yeniliklərin sayəsində ümumi dəyəri 100 milyon lari olan 11 min hektar torpağı ala biləcəklər.

Bu yenilik kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olan insanlar üçün torpağı bir aktiv kimi istifadə etmək üçün, dövlət proqramlarına qoşulmaq üçün, bank maliyyələşdirilmələrini cəlb etmək üçün əlavə fürsətdir”, – deyə o əlavə edib.

Xatırladaq ki, kənd təsərrüfatının inkişafı Gürcüstan hökuməti üçün propritet istiqamətdir. Gürcüstan hökuməti kənd təsərrüfatının inkişafı üçün bir sıra proqramlar həyata keçirir, daha şəffaf proses üçün isə torpaqların qeydiyyatını başladıb. Kənd təsərrüfatı təyinatlı torpaqları qeydiyyatdan keçirdən şəxslər isə daha çox imtiyaz əldə edir.

Bu məqaləni paylaş