Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, hökumət dairələrində Gürcüstan DİN başçısı Vaxtanq Qomelaurinin istefası məsələsi müzakirə edilmir.

Bunu Gürcüstan parlamentinin sədir Arçil Talakvadze bildirib.

O deyib ki, Qomelauri kimi “güclü və peşəkar bir nazirin” ölkədə DİN-in effektiv işinin tələb edildiyi, təhlükəsizliyin lazım olduğu və seçkilərin də yaxınlaşdığı bir zamanda onun istefasını tələb etmək “tamamilə destruktivdir”.

Baş nazir Qiorgi Qaxariya DİN başçısının istefası tələbini “qeyri-ciddi” adlandırıb.

Xatırladaq ki, 2 gəncin ölümündən sonra cümə axşamı günü bir neçə şəxs DİN qarşısında aksiya keçirərək Qomelaurinin istefasını tələb edib.