Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib ki, hakim komanda və müxalifət nümayəndələri arasındakı danışıqlar məntiqi sonluğa gəlməli və razılıq əldə edilməlidir.
Onun sözlərinə görə, ölkə qarşısında duran problemlər mütləq başa çatmalıdır.
O deyib ki, ölkənin xarici həmkarları da bu “süni siyasi böhranın” başa çatdırılması ilə bağlı çağırışlar edirlər.
“Biz mütləq ölkə qarşısında duran problemləri həll etməliyik. Daxili birlik və problemin küçədən parlamentə köçürülməsi olmadan bunun öhdəsindən gəlmək olmaz”, – deyə o qeyd edib.
Bu məqaləni paylaş