Az.shafaqna.com “Current Biology”-a istinadən xəbər verir ki, Priston Universitetinin alimləri ağcaqanadların aqressivliyinin səbəblərini araşdırıblar.

Alimlər cücülərin “Aedes aegypti” növünü tədqiq ediblər. Zika virusu, Denge qızdırması, Sarı qızdırma və Çikunqunya virusunu ən çox məhz bu növ yayır.

Araşdırmaçılar 27 fərqli yerdən ağcaqanad yumurtalarını toplayıblar, daha sonra isə süfrələrin dad üstünlüklərini izləyiblər. Məlum olub ki, əhalisi sıx olan ərazilərdən olan ağcaqanadlar, digər qohumlarından fərqli olaraq, insan qanını daha üstün tuturlar.

Sürətli urbanizasiya daha çox ağcaqanadı qarşıdan gələn 30 ildə Böyük Səhradan cənubda insanları dişləməyə təhrik edə bilər”, – deyə qeyd edilib.

Urbanizasiya ilə yanaşı, bu həşəratların aqressivliyinin digər bir səbəbi isə qlobal istiləşmədir.