Az.shafaqna.com “Mercury News”-ə istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının San-Rafael şəhərinin polisi müsəlman xanıma qarşı nifrət zəminində törədilmiş hücum faktı ilə bağlı araşdırma aparır.
Belə ki, 13 martda müsəlman xanım işdən çıxaraq avtomobil dayanacağına gələn zaman avtomobilinin üzərində hücum izləri aşkar edib, avtomobilin salonuna isə donuz əti parçaları atılıb.
Polisin məlumatına görə, avtomobilin hər 4 təkəri deşilib, şüşələri qırılıb, qapının açar yerlərinə yapışqan tökülüb, salona isə donuz əti atılıb.
Bu məqaləni paylaş