Zurabişvili parlamentdə illik çıxışını edir

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanın 10-cu çağırış parlamentində prezident Salome Zurabişvilinin illik çıxışı başlayıb.

Zurabişvili üçün bu, prezident qismində deputatlar qarşısındakı 3-cü çıxışdır.

Bu gün biz Gürcüstan parlamentində toplaşmışıq. 30 il öncə burada Gürcüstanın Müstəqilliyinin Bərpasına dair Akt imzalanıb. Mən illik çıxışım üçün bu simvolik günü seçmişəm, çünki bu tarix bizim ən müasir tariximizin ən mühüm hadisələri ilə bağlıdır. 9 aprel hər şeydən öncə 1989-cu il faciə və matəmi ilə eyniləşdirilir. Lakin 1991-ci ilin 9 aprelində Gürcüstan bu faciəyə güc gələrək bu günü qələbə simvoluna çevirdi”, – deyə o qeyd edib.

Prezidentin nitqindən sonra, reqlamentə əsasən, çıxış üçün çoxluq və ya azlığa daxil olmayan fraksiya sədrlərinin hərəsinə 10 dəqiqə, azlıq və çoxluq liderlərinnin hərəsinə isə 15 dəqiqə verilir.

Debatların başa çatmasından sonra Gürcüstan prezidentinin yekun nitqi ilə çıxış etmək hüququ var.

Lakib bu dəfə hər şey fərqli olacaq. Prezidentin illik çıxışından sonra deputatların cavab çıxışları olmayacaq, çünki hazırda qanunverici orqanda yalnız bir fraksiya var – “Gürcü Arzusu” və onun da sədri koronavirusa yoluxub.

Bu məqaləni paylaş