Türkiyədə təyyarə qəzası: Pilotlar xilas edildi

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, bu gün Türkiyənin qərbində KT-1 tipli təlim-məşq təyyarəsi qəzaya uğrayıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat verib.

Hadisə İzmir əyalətinin Foça rayonu sahillərində baş verib.

Hər iki pilot xilas edilib.

Bildirilir ki, təyyarə dənizə düşüb, qəza səbəbləri hələ məlum deyil.

Bu məqaləni paylaş