Gürcüstanda 9 Aprel faciəsinin 32-ci ildönümü qeyd olunur

Gürcüstanda 9 Aprel faciəsinin 32-ci ildönümü qeyd olunur.

Az.shafaqna.com xəbər verir ki, bu gün Gürcüstanda 1989-cu il aprelin 9-da ölkənin azadlığı və suverenliyi uğrunda həlak olanların xatirəsi yad edilir.

1989-cu il aprelin 9-da sovet qoşunları tərəfindən Tbilisinin mərkəzində, Gürcüstan parlamentinin binası qarşısında dövlət müstəqilliyinin tələbi ilə keçirilən dinc aksiya amansızcasına dağıdılıb.

Nəticədə 21 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.

Faciədən iki il sonra Gürcüstanın Ali Şurası 1991-ci il aprelin 9-nu dövlət müstəqilliyinin bərpası günü elan edib.

9 Aprel Gürcüstan tarixinə faciəvi günlə yanaşı, eyni zamanda, dövlət müstəqilliyinin bərpası günü kimi də daxil olub.

Bu məqaləni paylaş