Az.shafaqna.com “Sputnik”-ə istinadən xəbər verir ki, neyropsixoloq İrina Xvingiya səhərlər qəhvə və ya tünd çay içmədən yuxunu qaçırmağın yolları barədə danışıb.

Onun sözlərinə görə, səhərlər tərkibində qəhvə dənəcikləri olan şokolad yemək olar. Bu cür desert beynin həddindən artıq gərginləşməsinə səbəb olmur. Böyük miqdarda kofein dozası isə, əksinə, beynin həddindən artıq yüklənməsinə səbəb olur.

Qəhvə kofeinin hesabına mərkəzi sinir sisteminə aktivlik verir, lakin onun həddindən artıq istifadəsi əks reaksiya verir. Bu, diqqətin pozulmasına və əsəbiliyin artmasına səbəb olur. Həddindən artıq gərginləşməyə görə beyin pozuntularla işləməyə başlayır”, – deyə o bildirib.

Şokolad isə B qrupu vitaminlərinə görə bu cür həddindən artıq gərginləşmənin baş verməsinə imkan vermir və sakitləşdirici təsir göstərərək balans yaradır.

Həmçinin şokoladda qəhvə dənəcikləri, bir stəkan qəhvə ilə müqayisədə, ürək üçün daha az zərərlidir.

O qeyd edib ki, qəhvə, çay və ya tərkibində qəhvə dənəcikləri olan şokolad müvəqqəti gümrahlıq effekti verir. Normal vəziyyət üçün gündəlik rejimə əməl etmək və doyunca yatmaq lazımdır.