Gürcüstanda toy və yas üçün obyektlərin icarəsi qadağan edildi

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan 10 nəfərdən artıq insanın iştirakı ilə kütləvi tədbirlər keçirmək qadağası hələ də qüvvədədir. Lakin, qadağaya baxmayaraq, insanlar özəl məkanlar və ya bağlarda böyük toylar, doğum günü məclisləri və yas mərasimləri keçirirlər.

Qərara əsasən, məkan sahibi məkanın kütləvi tədbir üçün istifadəsinə yol verməmək üçün bütün lazımi tədbirləri görməlidir, o cümlədən müqavilədə də lazımi məhdudiyyətləri qeyd etməlidir. O, həmçinin pozuntular barədə müvafiq xidmətlərə məlumat verməlidir.

Bundan başqa, Gürcüstan Daxili İşlər Nazirliyi və ya İnspeksiya Xidməti qadağanın pozuntusu halında obyekti müvəqqəti qapatmaq və ya möhürləmək hüququna sahibdir.

Əlavə məhdudiyyətlərin tətbiqinə dair qərar Gürcüstanda son həftə ərzində yoluxmanın artmasından sonra qəbul edilib. Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin başçısı Amiran Qamkrelidze bildirib ki, son zamanlar qeydə alınmış 10 iri yoluxma zəncirinin hamısı yas və ya toylarla bağlıdır.

Bu məqaləni paylaş