Köçəryan Paşinyanı məhkəməyə verdi

Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, işğalçı Ermənistan rejiminin sabiq prezidenti Robert Köçəryan hazırkı baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb.

Qeyd edilir ki, cavabdeh tərəf Ermənistan Respublikasıdır.

İşin baxılması Yerevan hakimi Artur Mkrtçyana tapşırılıb.

İddianın tələbi iddiaçının ədalətli məhkəmə təhqiqatı hüququnun pozulması faktının təsdiqi, belə bir pozuntu nəticəsində dəymiş qeyri-maddi zərərin əvəzinin verilməsidir”, – deyə bəyanatda qeyd edilib.

Köçəryan Paşinyandan onun ünvanına səsləndirdiyi iddiaları açıq şəkildə təkzib etməyi, böhtanın vurduğu qeyri-maddi zərəri ödəməyi tələb edir.

Bu məqaləni paylaş