Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, sabah Gürcüstan prezidenti Salome Zurabişvili parlamentdə çıxış edəcək.
O, deputatlara 2020-ci ilin hesabatını təqdim edəcək. Bu həftə plenar iclasların keçirilmədiyini nəzərə alaraq, növbədənkənar iclas çağırmaq lazım olacaq.
Reqlamentə əsasən, parlament prezidentin ölkədəki mühüm məsələlər üzrə illik hesabatını adətən yaz sessiyasının plenar iclaslarının ilk günündə dinləyir.
Prezident dinləmələrinə gəlincə isə, Zurabişvilidən sonra çoxluq və azlıqda birləşməyən fraksiya sədrləri, həmçinin çoxluq və azlıq lideləri də çıxış edəcəklər.
Bu barədə məlumatı isə prezident administrasiyası yayıb.
Bildirilir ki, prezident özünün illik hesabatını parlamentdə 12:00-da təqdim edəcək.
“İldə bir dəfə prezident, Gürcüstan Konstitusiyasına müvafiq olaraq, parlamentdə ölkədəki ən mühüm məsələlərin vəziyyətinə dair hesabat təqdim edir”, – deyə qeyd edilib.
Xatırladaq ki, bu, Zurabişvilinin prezident olaraq artıq 3-cü hesabatı olacaq.