
Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Çin uğurlu şəkildə Yerin orbitinə 3 mülki təyinatlı peyk çıxarıb.
Bu haqda Çin Aerokosmik Elm və Texnika Korporasiyası məlumat yayıb.
Qeyd edilir ki, kosmik aparatlar ölkəyə əşyaların interneti (IoT), yüksək keyfiyyətli optik xəritəçəkmə və astrofiziki müşahidələrin inkişafında yardım edəcək.
Peyklər Yayyuan kosmodromundan “Çançjen-4B” raketləri vasitəsi ilə orbitə çıxarılıb.
Xatırladaq ki, daha öncə Çin Marsın tədqiqi üçün özünün ilk zondu olan “Tyanven-1”-in buraxılışını həyata keçirib.






























