Meliya işi üzrə proses 13 aprelə keçirildi

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Tbilisi şəhər məhkəməsində Nika Meliyanın işi üzrə dinləmələr 13 aprelə keçirilib.

Hakim vəkillərin xahişini təmin edib və Meliyanın məhkəmə prosesində iştirakına icazə verib. Buna əsaslanaraq ki, proses 13 aprel saat 11:00-a keçirilib və orada müttəhimin özü də iştirak edəcək.

Xatırladaq ki, “Milli Vahid Hərəkat”-ın lideri Nika Meliya 2019-cu il 21 iyun tarixində baş verən hadisələrin təşkilatında ittiham edilir. Onun girov ödəməkdən imtina etməsindən sonra o, 23 fevralda tutulub.

Meliya girovu qeyri-qanuni hesab etdiyini və onu ödəmək fikrində olmadığını bildirib.

Bu məqaləni paylaş