Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanda daha bir məhdudiyyət yumşaldılıb.

Belə ki, tənzimləmələrə riayət etmək şərti ilə bu gündən ölkədəki bütün kinoteatrlar öz fəaliyyətlərini bərpa edirlər və onlar 50%-dən artıq olmayan auditoriya qəbul edə bilərlər.

Kinoteatrlardakı izləyicilər səhiyyə sektorunun hazırladığı bütün mövcud məsləhətlərə əməl etməlidirlər, həmçinin məkanın gigiyenik təmizlənməsini təmin etmək üçün seanslar arasındakı müddət də artırılacaq.

“Termoskrininq, həmçinin dezinfeksiya və maskadan istifadə bu cür yerlərdə vacibdir və onlar müəyyən edilmiş ardıcıllıqla təhlükəsiz işi bərpa edəcəklər. İcra mexanizmlərinə gəlincə isə, Əmək İnspeksiyası bütün ölkə boyu nəzarəti davam etdirəcək”, – deyə Əmək İnspeksiyası başçısı Beka Peradze bildirib.