
Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda son bir neçə gündə koronavirusa yoluxmaların və bu xəstəlikdən sağalanların dinamikası nəzərəçarpacaq şəkildə pisləşib.
Bu haqda “Resonancedaily” qəzeti yazır.
Qəzetin bildirdiyinə görə, bu, cəmiyyətdə müəyyən panikaya səbəb olub və artıq insanlar bu sualı verirlər: ölkədə yenidən müəyyən məhdudiyyətlər, o cümlədən komendant saatı tətbiq ediləcəkmi?
Tbilisi İnfeksiyon Xəstəxananasının həkimi Aleksandr Qoqinava hesab edir ki, dimanikanın pisləşməsində qorxulu heç nə olmasa da, diqqətə layiq məsələdir.
“1 günün statistikası əsasında birbaşa demək olmaz ki, sağalan xəstələrin dinamikası pisləşib, çünki sağalmaq üçün 2-3 həftə lazımdır. Bu mərhələdə köhnə pasiyentlərin əksəriyyəti sağalıb. Yaxın 2-3 həftədə gəlmiş yeni xəstələr qalıb və təbii ki, onlar hələ sağalmayıblar”, – deyə o bildirib.
Yoluxmaların sayının artmasına gəlincə, onun sözlərinə görə, bu, Qardabanidəki lokal epidemioloji-partlayışla, həmçinin xaricdən gələn yük maşını sürücüləri ilə əlaqədardır.
“Buna görə də hazırkı mərhələdə biz epidemioloji vəziyyətin fövqəladə pisləşməsindən danışa bilmərik, lakin bu artış diqqət tələb edir və bu dinamikaya nəzarət etmək və epidemioloji-partlayışların olduğu yerlərdə əsaslı araşdırma aparmaq lazımdır”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, əgər epidemiya partlayışları olan ərazilərdə kütləvi araşdırmalar aparılmasa, bu ,şübhəsiz, epidemioloji vəziyyəti pisləşdirəcək. Bununla belə, Qoqinava düşünür ki, əvvəl olduğu kimi, əhalinin genişmiqyaslı yoxlanılması konkret regionda olacaq və digər yerlərdə geniş yoluxma yoxdur.
“Mən hesab edirəm ki, epidemioloji vəziyyət komendant saatının və ya hər hansı bir digər belə qəti məhdudiyyətlərin tətbiqini tələb edən əsasın olması üçün o qədər də çox pisləşməyəcək”, – deyə həkim bildirib.






























