Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Az.shafaqna.com xəbər verir ki, görüş zamanı əsas mövzu Dağlıq Qarabağ olub.
Paşinyan görüşü zamanı Rusiya sülhməramlılarını tərifləyərək bölgədəki sabitlik və təhlükəsizliyi onlara borclu olduğunu önə çəkib.
Görüşdə həmçinin Ermənistanda yaxınlaşan erkən seçkilər, yeni nüvə stansiyası tikintisi, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq və yeni tip koronavirusla mübarizə məsələləri müzakirə olunub. Paşinyan Rusiyadan Ermənistan üçün bir milyonluq doza “Sputnik V” peyvəndini də gözlədiklərini də qeyd edib.
Bu məqaləni paylaş