Az.shafaqna.com “Reuters”-ə istinadən xəbər verir ki, Efiopiyanın şimal-şərqində 5 gündür davam edən icmalararası toqquşma nəticəsində 100-dən çox insan həyatını itirib.
Toqquşmalar ötən həftənin cümə günü başlayıb və hazırda da davam etməkdədir.
Bu bölgədə yaşayan icmalar təxminən 20 ildir torpaq, otlaq və su resursları üstündə mübahisə edir.
Qeyd edək ki, Efiopiya etnik tərkibə əsaslanan 9 bölgədən və ya ştatdan və 2 meqapolisdən ibarətdir. Hər region isə geniş muxtariyyətə sahibdir.
Bu məqaləni paylaş